Hadisə

Koronavirusa görə daha 6 sinif distant təhsilə keçdi — RƏSMİ

Koronavirusa görə daha 6 sinif distant təhsilə keçdi — RƏSMİ

Azərbaycanda son sutka ərzində hərarəti 37 dərəcədən yuxarı olan 29 nəfər aşkarlanıb.

Təhsil Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, son sutka ərzində koronavirusa yoluxan şagird sayı 21, işçi sayı isə 8 olub.

Son sutka ərzində Azərbaycanda koronavirus səbəbindən daha 6 sinif distant təhsilə keçib.

Bununla da distant təhsilə keçirilmiş məktəblərin sayı 8 olub.

Distant təhsildə olan daha 2 sinif isə əyani təhsilə keçirilib.

Ümumilikdə koronavirus səbəbindən distant təhsilə keçirilən siniflərin sayı 40, məktəblərin sayı isə 10-dur.

D
demokrat.az