Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz bütün işğal altında olan tarixi ərazilərimizi qəsbkar erməni vandallarından azad edəcək, müqəddəs və yenilməz Azərbaycan bayrağını bu torpaqlarda dalğalandıracaqdır. Əlbətdə, hər bir Azərbaycanlı bu xəbərləri səbrsizliklə gözləyir, 30 illik həsrətə qovuşmaq, bu sevinci paylaşmaq istəyir. O tarixi ana çox az qalıb.
Unutmamalıyıq ki, biz bu gün həm də informasiya müharibəsi aparırıq. Paylaşılan hər hansı qeyri - rəsmi və dəqiq olmayan paylaşım bizim əksimizə işləyir. Düşmən bundan məharətlə istifadə edir. Bunun üçün rəsmi açıqlamaları paylaşmalıyıq.
Dövlətimizin, Ordumuzun, Xalqımızın naminə biz bunu etməliyik!
Biz Birlikdə Güclüyük!
Birliyimiz əbədidir!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Günay Ağamalı
Ana Vətən Partiyasısədrinin müşaviri


