Sosial

Türkiyə parklarından biri Polad Həşimovun adını daşıyacaq

Türkiyə parklarından biri Polad Həşimovun adını daşıyacaq

Türkiyədə salınacaq parkların birinə Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun adı veriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə Bursanın Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar KİV-ə açıqlamasında bildirib.

"Bu ilin iyulunda Ermənistan qoşunlarının Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı Türkiyənin Bursa vilayətində salınacaq parka veriləcək. Həmin park yaxın zamanlarda salınacaq", - deyə M. Dündar əlavə edib.(qafqazinfo.az)

D
demokrat.az