Sosial

Bu il Almaniyadan çıxarılan azərbaycanlıların sayı məlumdur - RƏSMİ

Bu il Almaniyadan çıxarılan azərbaycanlıların sayı məlumdur - RƏSMİ

Bir çox ölkə vətəndaşları kimi, azərbaycanlılar arasında da rəsmi ya da qeyri-rəsmi formada xaricə gedib orada yaşayanlar olur. Amma xaricə üz tutan insanların heç də hamısının şansı üzünə gülmür.

Bəzi hallarda üz tutub getdikləri ölkələrin sərt qaydaları ilə qarşılaşırlar və bu zaman bir tək yol qalır: o da geri qayıtmaq. Bu geriqayıtma prosesi isə readmissiya üzrə həyata keçirilir.

Azərbaycanlıların ən çox readmissiya edildiyi ölkə Almaniyadır.

Son zamanlar azərbaycanlıların Almaniyadan deportasiyası haqqında məlumatlar yayılır.

O zaman maraqlıdır: son 9 ay ərzində nə qədər azərbaycanlı Almaniyadan readmissiya olunub?

Dövlət Miqrasiya Xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasının vətəndaşları aşağıda göstərilən aylar üzrə readmissiya edilib. Ümumi say 280 nəfərə bərabərdir.

Yanvar ayı 29 nəfər Fevral ayı 38 nəfər Mart ayı 33 nəfər Aprel ayı 30 nəfər May ayı 21 nəfər İyun ayı 38 nəfər İyul ayı 48 nəfər Avqust ayı 24 nəfər Sentyabr ayı 19 nəfər

D
demokrat.az