Sosial

Xalq artistindən əsgərlərə dəstək: "Azərbaycan sizin kimi qəhrəmanlar ilə fəxr edir, qürur duyur"

Xalq artistindən əsgərlərə dəstək: Azərbaycan sizin kimi qəhrəmanlar ilə fəxr edir, qürur duyur

Xalq artisti Faiq Ağayev Azərbaycan Silahlı Qüvvələrinə öz dəstəyini ifadə edib.

Demokrat.az xəbər verir ki, müğənni Ordumuza hədiyyə və məktub göndərib.

Məktubda qeyd olunur: Əziz, sevimli, igid qardaşlarım! Bu günlərdə dünyanın 4 bir yanında yaşayan bütün Azərbaycanlıların duaları sizinlədir! Mənim müzəffər, mərd, qüdrətli qaliblərim, bütün varlığımla yanınızdayam! Bilin - Vətənimiz Azərbaycan sizin kimi qəhrəmanlar ilə fəxr edir, qürur duyur! Möhkəm dayanın, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş zəfərlər qazanın!

Sizi böyük həsrət ilə gözləyən əzizlərinizə sağ-salamat qovuşun! Allah Azərbaycan Ordusunun yar və yardımçısı olsun! İnşaAllah, Şuşada görüşərik və mən orada əlimdə müqəddəs bayrağımız, ətrafımda siz - igidlər, ayaqyalın konsert verəcəyəm!

D
demokrat.az