İdman

"Fənərbaxça" 5 futbolçusu ilə yollarını ayırır

Fənərbaxça 5 futbolçusu ilə yollarını ayırır

“Fənərbaxça” qış fasiləsində 5 futbolçusu ilə yolları ayırmağı planlaşdırır.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı məlumata görə, “sarı-göy”lər Mateu Valbuena, Roberto Soldado, Aatif Çaheçouhe, Nabil Dirar və Ozan Tufanı satmaq fikrindədir.

Bununla büdcəni artırmağı hədəfləyən İstanbul təmsilçisi eyni zamanda iki futbolçu - yarımmüdafiəçi və mərkəz müdafiəçisi transfer etmək niyyətindədir. Klub rəhbərliyi gənc və istedadlı futbolçuları heyətə cəlb etməyi düşünür.

Qeyd edək ki, “Fənərbaxça” Türkiyə Supeliqasında 9 turdan sonra turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

D
demokrat.az