"Qarabağ" Avropa Liqasının pley-off-unda Polşanın "Legiya" klubuna qalib gəlməklə turnirin qrup mərhələsinə yüksəlib.
Demokrat.az-ın xəbərinə görə, səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi qolların hamısını ikinci hissədə vurub.
Əvvəlcə, Patrik Andrade 50-ci dəqiqədə komandanın ilk topunu vurub. Daha sonra 62-ci dəqiqədə Abdullah Zubir fərqi bir qədər də artırıb. Görüşdə son nöqtəni xorvatiyalı Filipp Ozobiç qoyub.
Qeyd edək ki, "Qarabağ" bu nailiyyətlə Azərbaycanı ardıcıl 7-ci dəfə UEFA bayrağı altında olan turnirlərin qrup mərhələsində təmsil etmək imkanı qazanıb.
Zaur


