Hansı vitamin çatışmazlığı saç ağarmasına səbəb olur?

MARAQLI 26 sen 2020, 17:33

Yaşlandıqca saç rənginizin ağarması normaldır. 20-li yaşlarda gənclərdə, hətta yetkinlik yaşındakılarda da qarşımıza çıxa bilər. Saç ağarmasının bir çox səbəbləri vardır. Bunlardan biri də vitamin çatışmazlığıdır.


Demokrat.az Medicina.az-a istinadən həmin araşdırmanı təqdim edir:


Hansı vitamin çatışmazlığı saçları ağardır?


B6, B12, biotin, D vitamini və ya E vitamini əksiklikləri saçların daha tez ağarmasına səbəb olur.


Saç ağarmasının qarşısını almaq olarmı?


Saç ağarmasının qarşısını almaq sadəcə səbəbə bağlıdır. Səbəb genetikdirsə, rəng dəyişikliyininin qarşısını almaq mümkündür. Əgər sağlamlığınızdan şübhələnirsinizsə, bunun əsas səbəbini mütəxəssislə araşdırmaq lazımdır.


Mütəxəssislər bildirirlər ki, saçın piqmentasiyası geri qayıda bilər, amma bunun da qarantisi yoxdur.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top