Dostu türkiyəli aktyoru güllələdi — VİDEO

ŞOU-BİZNES 23 sen 2020, 18:12

Türkiyədə “Best Model”in qalibi, aktyor Onur Seyit Yarana silahlı hücum edilib.


“HaberGlobal”ın məlumatına görə, o, İstanbulda dostu tərəfindən silahla vurulub.


Xəstəxanaya çatdırılan aktyorun həyati təhlükəsinin olmadığı bildirilir.


Qeyd edilir ki, aktyor və iki dostu arasında mübahisə yaranıb. Bu zaman dostlarından biri Yaranın çiynindən güllə ilə vurub və hadisə yerindən qaçıb.


Faktla bağlı araşdırma başlanıb.


Qeyd edək ki, Onur Seyit Yaran “2016 Best Model Türkiye” ve “Best Model Of The World” yarışmasının birincisi seçilib.

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top