Siyasət

Spiker: "Prezidentlərin dostluq münasibətləri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının əsasını təşkil edir"

Spiker: Prezidentlərin dostluq münasibətləri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının əsasını təşkil edir

“Əminəm ki, bugünkü görüş, ümumilikdə səfərimiz Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcək”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyib.

“Azərbaycanla Rusiya arasında hazırkı mövcud münasibətlər sözsüz ki, iki ölkənin dövlət başçılarının apardıqları aktiv siyasi dialoqun nəticəsində olub. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasındakı dostluq münasibətləri iki ölkə arasındakı strateji tərəfdaşlığın əsasını təşkil edir”, - deyə Milli Məclisin Sədri vurğulayıb.

D
demokrat.az