İdman

Azərbaycan millisinin ilk qələbəsi - Millətlər Liqası

Azərbaycan millisinin ilk qələbəsi - Millətlər Liqası

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.

Demokrat.Az-ın məlumatına görə, səfərdə Farer adaları yığması ilə qarşılaşan Azərbaycan, rəqibi üzərində 3:0 hesablı qalibiyyət əldə edib.

İlk hissəyəminimal üstünlüklə yollanan komandamız, növbəti 45 dəqiqədə iki top vurub.

Qeyd edək ki, millimiz qələbə sayəsində üç turdan sonra turnir cədvəlində 5 xalla II pillədə qərarlaşıb. Turnir cədvəlinin lideri Kosovo yığmasıdır (7 xal).

UEFA MİLLƏTLƏR LİQASI

III TUR

D LİQASI - QRUP 3.

FARER ADALARI 0-3 AZƏRBAYCAN Qollar: Riçard Almeyda, 28, 86 (pen.); Dmitri Nazarov, 67.

1. Kosovo - 7 xal 2. Azərbaycan - 5 xal 3. Farer adaları - 3 xal 4. Malta - 1 xal

Demokrat.Az

D
demokrat.az