"Tofiq Yaqublunun ittiham olunduğu xuliqanlıq maddəsi Cinayət Məcəlləsindən çıxarılmalıdır" — İlqar Məmmədov

SİYASƏT 18 sen 2020, 18:29

“Tofiq Yaqublunun ev dustaqlığına buraxılması yetərli deyil. ReAl öz fikrində qalır ki, Avropa Məhkəməsinin qərarlarında Azərbaycan məhkəmə sisteminin ifşa edilən qüsurları, onların sayı və məzmunu nəzərə alınmaqla, şahid ifadələrinə əsaslanaraq siyasi fəalları hədəfləyən bütün hökmlərə Ali Məhkəmə moratorium qoymalıdır».

 
Demokrat.az
-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

 
İ.Məmmədov qeyd edib ki, ReAl-ın parlament təşəbbüsü təsdiq olunmalı, yəni Tofiq Yaqublunun ittiham olunduğu xuliqanlıq maddəsi Cinayət Məcəlləsindən çıxarılmalıdır. /Pravda.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top