Erkan Özoral: "Qaçqın düşən qardaşlarımızın öz torpaqlarına qayıtması üçün vaxt çoxdan gəlib"

SİYASƏT 16 sen 2020, 13:37

“Ermənilər bir neçə ay əvvəl Tovuz bölgəsində təxribatlar törətdilər. Şəhidlərimiz oldu. Təxribatlar hələ də davam edir. Ötən gün daha bir hərbçi yaralanıb. Ermənilər baş verənlərdən bir dərs çıxarmırlar. Artıq hər kəsin ağlını başına alması gərəkdir”.


Demokrat.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.


O bildirib ki, Qarabağ probleminin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır: “Azərbaycanın haqqı və hüquqi tanınmalıdır. Öz torpaqlarından qaçqın düşən qardaşlarımız torpaqlarına qayıtmalıdır. Bunun üçün vaxt çoxdan gəlib keçib”.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top