Bakının azad olunmasının 102-ci ildönümü ilə əlaqədar Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçirilib.
Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunub.
***12:28
Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.
Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.






