İdman

"Qarabağ" Çempionlar Liqası üçün yeni transferini sifariş etdi

Qarabağ Çempionlar Liqası üçün yeni transferini sifariş etdi

Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununda Norveç "Molde"si ilə qarşılaşacaq "Qarabağ" sifariş ərizəsini UEFA-ya təqdim edib. "Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 23 futbolçunun adı yer alıb.

Onların arasında Ağdam klubunun yeni transferi Patrik Andrade də var.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayhan Arazlı

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 27. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 77. Donald Gerye

Hücumçular: 7. Kvabena Ovusu, 11. Mahir Emreli, 22. Musa Qurbanlı

Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley off oyunları 22-23 və 29-30 sentyabr tarixlərində olacaq.

D
demokrat.az