Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın “Molde” ilə matçı Kiprin Larnaka şəhərində keçiriləcək.
Demokrat.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Məlumata görə,Larnaka stadionunda baş tutacaq matç sentyabrın 16-sı, Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Qeyd edək ki, püşkə görə cütlük arasındakı oyun Bakıda keçirilməli idi. Lakin qarşı "Molde" Norveçdəki karantin qaydalarını əsas gətirərək, ölkəmizə gəlməkdən imtina edib. Bundan sonra UEFA qarşılaşmanın neytral meydan kimi Kiprdə təşkil olunmasına qərar verib.


