İdman

"Keşlə"nin sabiq baş məşqçisi 71 yaşında ata oldu — FOTO

Keşlənin sabiq baş məşqçisi 71 yaşında ata oldu — FOTO

Bakının "İnter" (hazırkı "Keşlə") klubunun sabiq vitse-prezidenti və baş məşqçisi Anatoli Konkov 71 yaşı ərəfəsində ata olub.

"Report"un məlumatına görə, bu barədə ötənlərin tanınmış futbolçusunun özündən iki dəfə kiçik olan həyat yoldaşı Mariya şəxsi "Instagram" səhifəsində paylaşım edib. O, sentyabrın 5-də Saşa adlı qız övladlarının dünyaya gəldiyini yazıb. Konkovun 71 yaşı isə sentyabrın 19-da tamamlanacaq.

Qeyd edək ki, Anatoli Konkov "İnter"də 2004 - 2006-cı illərdə çalışıb. Onun dövründə paytaxt təmsilçisi yalnız 2004/2005 mövsümündə Azərbaycan Kubokunun finalçısı olub və həlledici görüşdə "Bakı" komandasına uduzub - 1:2. 2012 - 2015-ci illərdə isə Konkov Ukrayna Futbol Assosiasiyasının prezidenti olub.

View this post on Instagram

Сегодня мой мир наполнился до краёв неведомой ранее любовью. Сашенька,доченька,наш милый ребёнок

D
demokrat.az