Dünya

Belarusda xeyli saxlanılanlar var — VİDEO

Belarusda xeyli saxlanılanlar var — VİDEO

Belarusda bazar günü keçirilən etiraz aksiyaları zamanı 633 nəfər saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Belarus DİN-dən bildiriblər.

Rəsmi xəbərə görə, dünən Belarusun müxtəlif şəhərlərində keçirilən aksiyalara təxminən 31 min nəfər insan qatılıb. Ən kütləvi aksiya Minskdə təşkil edilib.

Belarus hakimiyyəti təhlükəsizliyi təmin etmək üçün aksiya keçirilən ərazilərə milis və daxili qoşunların xüsusi texnikasını cəlb edib.(respekt.az)

D
demokrat.az