Erkin Qədirli: “ReAl acı həqiqətləri şirin dillə deyir, ona görə də bizimlə danışırlar, dinləyirlər...”

GÜNDƏM 05 sen 2020, 23:38

“Prezident İlham Əliyevin ReAl-a ünvanladığı təbrik gözlənilməz, amma xoş oldu. Sağ olsun. Onu (təbriki) nə böyütməyə, nə də kiçiltməyə gərək var. Olduğu kimi qəbul etmək lazımdır, biz də elə o cür qəbul edirik. Təbrikin fonu yaxşı olmadı, orası elədir. Tofiq Yaqubluya oxunmuş hökm görüntünü pozur. Amma burada ReAl-ın heç bir suçu yoxdur. Əksinə, ReAl-dan başqa hökumətlə siyasi həbslər, o cümlədən konkret Tofiq Yaqublu işi, keçmiş siyasi məhbuslara bəraət və s. kimi mövzularda danışan yoxdur”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı, ReAl Partiyasının funksioneri Erkin Qədirli deyib.
 

E.Qədirli vurğulayıb ki, ReAl-a hamıya fayda verə biləcək bir resurs kimi baxmaq yerinə, onu (ReAl-ı) söymək, heç də ağıllı davranış deyil: 


“Sürücülük dərslərində belə öncə ağıllı, sonra haqlı olmağı öyrədilər. Siyasətdə isə bunun önəmi müqayisə olunmayacaq dərəcədə böyükdür. Deyilənə görə, həqiqət acı olur. Elədirsə, onda onu şirin dillə demək gərəkdir. Bizdə çoxları həqiqətin acılığını dilin acılığı ilə qarışıq salır. Dərman da acı olur, ona görə də onu (tableti, kapsulu, siropu və s.) şirinləşdirirlər ki, dərmanı udmaq rahat olsun. 


ReAl bu anlayışla davranır - acı həqiqətləri şirin dillə deyir. Ona görə də bizimlə danışırlar, bizi dinləyirlər. Ona görə də biz hər mövzuda rahat danışa bilirik. Yaxşı işlər yavaş görülür”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top