Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək?— VİDEO

GÜNDƏM 25 apr 2024, 23:53

Azərbaycanda çörək və un məmulatlarına tələb azalıb.

Xezerxeber.az-ın məlumatına görə, vətəndaşlar arasında keçirilən sorğudan da aydın olur ki, əksər ailələr çörəkdən istifadəni minimuma endirib. Səbəb tək qənaət deyil, həm də sağlamlıqdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk rübündə 262.1 min ton çörək istehsal edilib. Bu da əvvəlki dövrlə müqayisədə 8.2 faiz azdır.

İqtisadçı Eyyub Kərimli bildirib ki, çörəyə tələbatın azalması qiymət amilinə təsir edə bilməz.

Rəsmi məlumata görə, 2023-cü ildə də unun istehsalı 2.6 faiz, çörək istehsalı isə 3.1 faiz azalıb.

Ətraflı süjetdə:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top