Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması barədə məlumat daxil olub.
FHN-dən Demokrat.az-a verilən məlumata görə, dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Bildirilib ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb.
İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.
***14:25
Bakıda kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşıb.
Şahidlərin “Report”a verdiyi məlumata görə, hadisə Həsən Əliyev küçəsində yerləşən “Baku Clinic”in yaxınlığında baş verib.
Hadisə zamanı kranın sürücüsü xəsarət alıb, həmçinin ətrafda olan avtomobillərə ciddi ziyan dəyib.



