Hadisə

Gədəbəydə qəza baş verdi — yaralılar var

Gədəbəydə qəza baş verdi — yaralılar var

Gədəbəydə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.azxəbər verir ki, hadisə Gədəbəy şəhərinin girişində qeydə alınıb. Hərəkətdə olan 2 avtomobil – “VAZ 21 011” və “VAZ 21 07”nin toqquşması nəticəsində sürücülər - 37 yaşlı Elnur Əliyev və 24 yaşlı Nurlan İmamquliyev, həmçinin 2 sərnişin xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (“Qafqazinfo”)

D
demokrat.az