Qusarın Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin hazırladığı ləziz yeməklərin videoçəkilişləri sosial şəbəkələrdə milyonlarla izləyicinin marağına səbəb olub.
Demokrat.az xəbər verir ki,videoların qəhrəmanı Əzizə xala və oğlu Əmiraslan peşəkar aşpazdırlar.
26 milyondan çox izləyicisi olan "Taste Life” səhifəsi qusarlı aşpazların 10-a qədər videosunu paylaşıb.
Həmin videoların hər birinə 10-15 milyon izləyici baxıb. Videoya baxanlar Azərbaycanın milli mətbəxi haqqında müsbət rəylər yazıblar.
Bu dəfə də Əzizə xalanın hazırladığı yemək məşhur səhifədə paylaşılıb.
Videonu təqdim edirik:


