Hadisə

Xızıda dağlıq ərazidə baş verən yanğın söndürüldü

Xızıda dağlıq ərazidə baş verən yanğın söndürüldü

Xızı rayonunun Qarabulaq və Dizəvər kəndləri yaxınlığında dağlıq ərazidə 300 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-averilən məlumata görə, yaxınlıqdakı meşə zolağı və fermalar yanğından mühafizə olunub.

Yanğın saat 18:40 dəqiqədə söndürülüb.

Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunmuşdur.

D
demokrat.az