Hadisə

Kreml işğalçını silahlandırmağa davam edir — Rusiya Ermənistana 12 ədəd "Su-30SM" təyyarəsi göndərir

Kreml işğalçını silahlandırmağa davam edir — Rusiya Ermənistana 12 ədəd Su-30SM təyyarəsi göndərir

Rusiya işğalçı Ermənistanı silahlandırmağa davam edir.

Demokrat.az-ın məlumatına görə, Rusiya yaxın vaxtlarda Ermənistana 12 ədəd müasir tipli "Su-30SM" qırıcı təyyarəsi göndərəcək.

Bu barədə “İnterfaks”-a Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəsmi nümayəndəsi Mariya Vorobyova məlumat verib.

O, qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya və Ermənistan arasında müzakirələr aparılır.

Xatırladaq ki, Rusiya "Su-30SM" döyüş təyyarələrinin ilk partiyasını 2019-cu ilin dekabrında işğalçı Ermənistana göndərib.

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az