Sosial

Koronavirusu ağır və yüngül keçirənlərin yoluxdurma ehtimalı nə qədərdir?

Koronavirusu ağır və yüngül keçirənlərin yoluxdurma ehtimalı nə qədərdir?

“Sağalmış şəxslərin izolyasiya müddəti ilə bağlı müxtəlif fikirlər var idi. Hətta bəziləri bu müddəti 35 gün deyirdilər. Amma ABŞ-da aparılan tədqiqatlar göstərdi ki, bu qədər vaxt lazım deyil”.

Demokrat.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

O bildirib ki, xəstəliyi yüngül formada keçirən şəxslərin 10 gündən sonra virusu başqa şəxslərə yoluxdurma ehtimalı yoxdur: “Ağır keçirən şəxslərdə isə bu, 20 gündür. Xəstələr tamamilə müalicə olunduqdan sonra evə göndərilir”. (APA)

D
demokrat.az