Polis gizli məkana girdi: Görün nə edirlərmiş

HADİSƏ 15 avq 2020, 16:41

Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət edən restoran  aşkar olunub. 


DİN-dən Demokrat.az-a  verilən xəbərə görə, Polis İdarəsinin əməkdaşları tərəfindən Ceyranbatan qəsəbəsində keçirilən tədbir zamanı Rövşən Rufullayevin işlətdiyi “Xançinar” restoranında müştərilərə yerində xidmət göstərildiyi məlum olub.


Obyektə baxış zamanı oranın sahibi və daha 11 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər.


Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində protokol tərtib edilib.


Restoranın sahibi 3000 manat, digər şəxslərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top