İmişlidə 2 nəfər bıçaqlandı — ölən var

KRİMİNAL 11 avq 2020, 23:41

İmişlidə qətl hadisəsi baş verib.

 

Demokrat.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonunun Göbəktala kəndində baş verib.

 

Kənd sakini, 1984-cü il təvəllüdlü Pünhan Nağı oğlu Hüseynov mübahisə zəminində yaxın qohumları olan kənd sakinləri – 1990-cı il təvəllüdlü Səbuhi Rüzgar oğlu Əmrahovu və 1985-ci il təvəllüdlü Amid Əvəz oğlu Əmrahovu bıçaqlayıb.

 

Sonucu hadisə yerində ölüb, Səbuhi Əmrahov isə yaralı vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. P.Hüseynov polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top