Livanda yenidən iğtişaşlar başladı

DÜNYA 10 avq 2020, 22:18

Livanın paytaxtı Beyrutun mərkəzində aksiyalar yenidən bərpa olunub. Nümayişçilər parlament binası yaxınlığında yenidən polisə daş və partlayan pirotexnika atmağa başlayıblar, asayiş keşikçiləri isə bunun cavabında gözyaşardıcı qazdan istifadə edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Livan paytaxtında üçüncü gündür ki, hökumət əleyhinə nümayişlər davam edir.

 

Baş nazir Həsən Diyabın yaxın bir neçə dəqiqədə çıxış edəcəyi gözlənilir. Bundan bir qədər əvvəl Səhiyyə naziri Hamed Həsən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə hökumətin tam tərkibdə istefaya getdiyini bildirmişdi.

 

Bundan bir gün əvvəl bir neçə nazir istefa verib. Xarici İşlər naziri hələ partlayışdan əvvəl postunu tərk edib və bu qərarını Livanın milli maraqlarında ortaq mövqenin olmaması ilə əlaqələndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top