Dünya

Livanda etiraz aksiyaları yatırıldı — 728 nəfər yaralandı

Livanda etiraz aksiyaları yatırıldı — 728 nəfər yaralandı

Livanda hərbçilər nümayişçiləri İqtisadiyyat, Xarici İşlər və Energetika nazirliklərinin binalarından çıxararaq həmin ərazidən uzaqlaşdırıblar.

Demokrat.az xəbər verir ki, hüquq-mühafizə orqanları ilə aksiya iştirakçıları arasında baş verən toqquşmalarda 728 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, bir polis əməkdaşı həlak olub.

Yaralıların 70-i hüquq mühafizə orqanlarının əməkdaşlarıdır.

Eyni zamanda polis nümayişlərdə iştirak edən 19 nəfəri saxlayıb.

Qeyd olunub ki, hazırda ölkənin paytaxtı Beyrutda başlayan iğtişaşların qarşısı alınıb və şəhərdə toqquşma müşahidə edilmir.(Report)

D
demokrat.az