"Bu, 1-2 aydan sonra bizim üçün çox böyük problemlər yaradacaq" — Deputat

GÜNDƏM 06 avq 2020, 11:41

“Nazirlər Kabineti tərəfindən icarə haqqı ilə bağlı verilən qərar çox müsbət addımdır”.

 

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

 

O bildirib ki, sahibkar təkcə əməkhaqqı ödəməklə ayaqda qala bilməz: “Öz sahəsi çökürsə, sonra o bu sahəni necə dirildə biləcək? Bütövlükdə turizm sahəsi bu gün çöküb. Bu, 1-2 aydan sonra bizim üçün çox böyük problemlər yaradacaq. Bu gün qeyri-ərzaq mağazalarının hamısını bağlayıb, ərzaq mağazalarını açıblar. Bu qaydaları təcili dəyişmək lazımdır. Sadəcə, nəzarəti gücləndirmək lazımdır. Vətəndaşın gəlir yerlərini sıradan çıxarmaqla sabah biz bu problemləri çözə bilməyəcəyik. Bu yükü yüngülləşdirən istiqamət götürülməlidir. Sahibkara yalnız əməkhaqqı ilə bağlı dəstək vermək doğru istiqamət deyil. Nəzarəti gücləndirməklə insanların gəlir yerlərini açmalıyıq. Biz açılışlara getməliyik. Bölgələrə gediş-gəliş də açılmalıdır. Bu gün böyük əksəriyyət xəstəxanalara getmir, özləri evdə müalicə olunur. Biz bu gün real vəziyyətdən çıxış etməliyik. Nəyisə bu gün gizlətməklə özümüzə ziyan vururuq. Xahiş edirəm Operativ Qərargah qərarlarına təkrar baxsın”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top