“WhatsApp”da mesajların həqiqiliyini yoxlamaq mümkün olacaq

MARAQLI 04 avq 2020, 22:34

“WhatsApp”da göndərilmiş mesajların həqiqiliyini yoxlamaq mümkün olacaq.


“RİA Novosti”nin məlumatına görə, istinadən xəbər verir ki, bunun üçün “WhatsApp”a yeni funksiya əlavə edilib.

 

Yenilik qrup çatları və dəfələrlə ünvanlanmış mesajlara aid ediləcək.

 

Həmin mesajların yanında lupa işarəsi olacaq. Həmin düymə vasitəsilə proqram “Google”da həmin mesajı axtarışa verəcək.

 

Beləliklə, istifadəçi həmin mövzu ilə əlaqədar xəbər və məlumatlar əldə edə biləcək.

 

“Fact cheking” adlanan funksiya artıq ABŞ, Böyük Britaniya, İspaniya, Braziliya, Meksika, İtaliya və İrlandiyada işə salınıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top