Toy və yas mərasimləri ilə bağlı RƏSMİ AÇIQLAMA

SOSİAL 03 avq 2020, 18:46

“Koronavirusa qarşı epidemioloji mübarizənin vacib təkibindən biri kütləviliyin qarşısının alınmasıdır”.

 

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

 

“Toylar və yas mərasimlərinə gəldikdə, qapalı bir məkanda kondensasiya şəraitində 100-200 və daha da artıq insanın cəmləşməsi və yaxın təmas olur. Bunun güclü epidemioloji əsasları var, ona görə də toyların keçirilməsinə icazə verilmir”, - H.Hacıyev əlavə edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top