Hollivud ulduzu iki məşhurun arasına girdi və dişini itirdi — FOTOLAR

ŞOU-BİZNES 03 avq 2020, 13:17

Hollivud ulduzu Ceyk Cillenhol məşhur həmkarları Mark Ruffalo və kiçik Robert Dauni ilə film çəkilişləri zamanı dişini itirib.


Maraqlı hadisə barədə “StarNews” məlumat verib.


Bildirilir ki, “Zodiak” filminin çəkilişləri zamanı Markla Robert nəyisə bölüşə bilməyiblər (onlar əvvəllər də dəfələrlə dalaşıblar) və dava etməyə başlayıblar. Ceyk onların arasına girəndə isə sifətindən yumruq alıb və dişini itirib.


Elə həmin vaxtdan etibarən Robertlə Mark ən yaxın dostlardan birinə çevriliblər. Ceykin dişi isə auksionda 98 min dollara satılıb, əldə olunan məbləğ xeyriyyə fonduna verilib.


Nəşrin məlumatına görə, Ceyk Cillenhol həmin vaxtdan etibarən başqalarının davasına müdaxilə etmir.(oxu.az)


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top