Hadisə

Ağstafada avtomobil körpüdən aşdı — xəsarət alan var

Ağstafada avtomobil körpüdən aşdı — xəsarət alan var

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Poylu kənd yolunda qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsinin sürücüsü, Ağstafa rayon sakini, 1973-cü il təvəllüdlü Elçin Qəmbərov xəsarət alıb.

Yaralı xəstəxanaya aparılıb, vəziyyətinin kafi olduğu bildirilir.

D
demokrat.az