Kriminal

“Leş Tofiq” azadlığa çıxdı — VİDEO

“Leş Tofiq” azadlığa çıxdı — VİDEO

Bir il öncə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunan “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov azadlığa çıxıb.

Demokrat.az xəbər verir ki, A.Rzaxanov həbs müddəti başa çatmamış azadlığa buraxılıb.

Qeyd edək ki, Ieş Tofiqin rəhbərlik etdiyi mütəşəkkil dəstənin üzvləri bir müddətdir ki, qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olublar.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olan səkkiz nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin yaxalanmasının görüntülərini yayımlayıb.

Məlumatlara görə, əməliyyat Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə baş tutub.

Dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılaraq, mütəşəkkil cinayətkar dəstəyə daxil olan 8 nəfər həbs edilib. Bu cinayətkar şəbəkə ilə əlbir olan şəxsiyyəti hələ ki, müəyyən edilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.(unikal.org)

“Leş Tofiq” azadlığa çıxdı — VİDEO

“Leş Tofiq” azadlığa çıxdı — VİDEO

“Leş Tofiq” azadlığa çıxdı — VİDEO

“Leş Tofiq” azadlığa çıxdı — VİDEO

D
demokrat.az