Hadisə

Bakıda yaşayış binasında yanğın baş verdi

Bakıda yaşayış binasında yanğın baş verdi

Bakının Nəsimi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Yanğın saat 20:25-də söndürülüb. Əlavə məlumat veriləcək.

D
demokrat.az