Rusiyada 3 qatar toqquşdü, dəmiryolu xətti sıradan çıxdı — xəsarət alanlar var (VİDEO)

DÜNYA 28 iyl 2020, 21:59

Rusiyanın Sankt-Peterburq şəhərində Malaya Balkanskaya küçəsində yerləşən “Kupçinskaya” yük stansiyası yaxınlığında dəmiryol qəzası baş verib.


APA “spbdnevnik.ru”ya istinadən xəbər verir ki, 2 lokomativin və 1 yük qatarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.


Şəhər Təcili Yardım Stansiyasından bildirilib ki, yaralılardan biri xəstəxanaya yerləşdirilsə də, digəri – qapalı kəllə-beyin travması alan Djanelidze soyadlı stansiya işçisi tibbi yardımdan imtina edib.


Rusiya Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Regional Baş İdarəsinin məlumatına görə, qatarların toqquşması saat 14:00-da qeydə alınıb.


Bildirilib ki, qəza nəticəsində üç lokomotiv və qoşquda olan boş yük vaqonu, eləcə də dəmiryol xətti sıradan çıxıb.


Hadisə yerinə 20 xilasedici və 5 texnika göndərilib.


“Oktyabrskaya” Dəmir Yolu İdarəsinin mətbuat xidməti hadisənin sərnişin qatarlarının hərəkətinə mənfi təsir göstərməyəcəyini bildirib.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top