Hidayət Heydərov dördüncü dəfə Avropa çempionu oldu

İDMAN 26 apr 2024, 22:14

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.

Oxu.Az xəbər verir ki, yarımfinalda Adil Osmanovu (Moldova) məğlub edən üçqat Avropa çempionu həlledici görüşdən də qələbə ilə ayrılıb.

H.Heydərov bu dəfə Danil Lavrentyevi (AIN) üstələyib. Millinin lideri bununla da Azərbaycan cüdosunun tarixinə dörd qat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.

Bu gün digər təmsilçilərimiz - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) uğursuz çıxış ediblər.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top