Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla Emin Eldar oğlu Əmrullayev Azərbaycanın yeni Təhsil naziri təyin edilib.
Yeniavaz.com xəbər verir ki, Prezidentin bu təyinatından sonra Emin Əmrullayev ən gənc nazir statusunu da əldə edib.
Onu da qeyd edək ki, 38 yaşı olan Emin Əmrullayev nazirlər arasında ən gənci olsa da, gənc yaşda nazir təyin olunan ilk şəxs deyil. Belə ki, hazırda İqtisadiyyat naziri olan Mikayıl Cabbarov 2013-cü ildə ilk dəfə Təhsil naziri təyin olunanda 37 yaşı olub. Bundan başqa Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də 2 il əvvəl nazir təyin olunan zaman 38 yaşı olub.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda nazir vəzifəsini icra edən 17 nəfər arasında ən gənci Təhsil naziri Emin Əmrullayev, ən yaşlısı isə Səhiyyə nazirli Oqtay Şirəliyev hesab olunur.
Azərbaycanda nazirlərin hazırda və nazir təyin olunanda yaşları belə olub:
- 70 yaşlı Səhiyyə nazirli Oktay Şirəliyev 55 yaşında nazir təyin olunub
- 65 yaşlı Ədliyyə naziri Fikrət Məmmədov 45 yaşında nazir təyin olunub
- 62 yaşlı Müdafiə sənayesi naziri general-polkovnik Mədəd Quliyev 57 yaşında nazir əvəzi (Milli Təhlükəsizlik Nazirliyi) təyin olunub
- 62 yaşlı Müdafiə naziri general-polkovnik Zakir Həsənov 54 yaşında nazir təyin olunub
- 59 yaşlı Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 45 yaşında nazir təyin olunub
- 59 yaşlı Maliyyə naziri Samir Şərifov 45 yaşında nazir təyin olunub
- 56 yaşlı Gənclər və idman naziri Azad Rəhimov 42 yaşında nazir təyin olunub
- 53 yaşlı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 51 yaşında nazir təyin olunub
- 52 yaşlı Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 51 yaşında nazir təyin olunub
- 51 yaşlı Energetika naziri Pərviz Şahbazov 48 yaşında nazir təyin olunub
- 47 yaşlı Xarici işlər naziri Ceyhun Bayramov 45 yaşında nazir (Təhsil naziri) təyin olunub
- 44 yaşlı İqtisadiyyat naziri Mikayıl Cabbarov 37 yaşında nazir (Təhsil naziri) təyin olunub
- 43 yaşlı Kənd təsərrüfatı naziri İnam Kərimov 41 yaşında nazir təyin olunub
- 43 yaşlı Mədəniyyət naziri əvəzi Anar Kərimov 43 yaşında yaşında nazir əvəzi təyin olunub
- 43 yaşlı Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 40 yaşında nazir təyin olunub
- 40 yaşlı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 38 yaşında nazir təyin olunub
- 38 yaşlı Təhsil naziri Emin Əmrullayev 38 yaşında nazir təyin olunub


