Kriminal

Bakıda qadını bıçaqla yaralayıb telefonunu aldılar

Bakıda qadını bıçaqla yaralayıb telefonunu aldılar

Hacıqabul rayon sakini G.Alıkişiyevaya qarşı quldurluq törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini R.Əsədov müəyyən edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Demokrat.az-abildirilib ki, iyulun 22-də saat 21 radələrində Nəsimi rayonu ərazisində bir nəfərin Hacıqabul rayon sakini G.Alıkişiyevanın əlinə bıçaqla xəsarət yetirərək mobil telefonunu alması barədə 19-cu Polis Şöbəsinə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini R.Əsədov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb. Nəsimi RPİ-də araşdırma aparılır.

D
demokrat.az