Sosial

BNA-nın mətbuat katibi koronavirusdan sağaldı

BNA-nın mətbuat katibi koronavirusdan sağaldı

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev koronavirusdan sağalıb.

Demokrat.az xəbər verir ki, bu barədə BNA rəsmisi "Facebook"dakı hesabında bildirib.

"İyunun 25-dən bütün həyat ritmimi dəyişən koronavirus pandemiyası ilə (COVİD-19) nəhayət yollarımız ayrıldı. Sonuncu testin nəticələri neqativ çıxdı. Xəstəlik müddətində narahatlıq keçirən, dəstək olan hər bir kəsə dərin təşəkkürümü bildirirəm", o deyib.

Xatırladaq ki, M.Ağayev iyunun 28-də özünün və ailəsinin koronavirusa yoluxduğunu bəyan edib.

D
demokrat.az