AKP rəsmisindən Azərbaycana dəstək: "Hər şərt altında Azərbaycanın yanındayıq"

GÜNDƏM 13 iyl 2020, 16:40

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik ötən gün cəbhədə baş verən erməni təxribatı ilə bağlı Azərbaycana dəstək nümayiş etdirib. 


Demokrat.az xəbər verir ki, Ömer Çelik Türkiyə iqtidarının sonadək Azərbaycanın yanında olduğunu söyləyib.


O deyib: "Əmin olun ki, Ermənistanın bu təxribat hücumu qarşılıqsız qalmayacaq. Ermənistanın bu təxribatını qətiyyətlə pisləyirik və qardaş Azərbaycana dəstəyimizi ifadə edirik. Sonadək hər şərt altında Azərbaycanın yanındayıq".


AKP rəsmisi düşmən təxribatının qarşısını alan zaman şəhid olan hərbiçilərə görə Azərbaycana başsağlığı da verib:


"Azərbaycandan olan şəhidlərimizə Allahdan rəhmət diləyirik".


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top