İsraildə koronavirus səbəbilə hökumət əleyhinə etirazlar başladı

DÜNYA 13 iyl 2020, 14:51

İsraildə koronavirus səbəbi ilə işini itirən minlərlə insan hökumətə qarşı etiraz aksiyası təşkil edib.


Yeniavaz.com “DHA”ya istinadən xəbər verir ki, etirazçılar İsrailin Təl-Əviv şəhərində hökumətə qarşı etiraz etmək üçün Rabin Meydanına yığışıb. Müxtəlif sektorlardan olan azad peşə sahibləri və kiçik sahibkarlar hökumətin vəd etdiyi maddi yardımın verilməməsinə bu formada reaksiya göstərib.


Etiraz aksiyası keçirənlər koronavirusa görə maska və sosial məsafə qaydalarına əməl etsələr də, nümayişə 300 polis məmuru cəlb olunub.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top