Azərbaycana Rusiyadan da dəstək gəldi — Zaxarova Ermənistana söz atdı

SİYASƏT 13 iyl 2020, 12:10

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, Azərbaycan-Ermənistan sərhədində təxribatların əsas məqsədi Ermənistan Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin rəsmi İrəvana kömək üçün KTMT-yə davamlı müraciətidir.


KONKRET.az xəbər verir ki, bu məlumatı lragir.am saytı yayıb.


Mənbə daha sonra yazır ki, Ermənistan heç kimdən kömək istəməyib.


Haşiyə: Elə həmin mənbə (lragir.am) səhər saat 10.17-də “Zöhrab Mnatsakanyan KTMT baş katibi ilə telefonla danışdı” başlığı ilə yazı dərc edib. İlin-günün bu vaxtında erməni nazir belaruslu generala niyə zəng etməliydi? Bəlkə onu doğum günü münasibətilə təbrik edib. Ancaq Google Baş katibin avqustun 24-də anadan olduğunu yazır.


“Bu arada Ermənistan öz məsələlərini müstəqil şəkildə həll edir və vəziyyət barədə yalnız beynəlxalq təşkilatlara məlumat verir. Hətta 2016-cı ilin aprel müharibəsi zamanı və sonra da Ermənistanın KTMT-dən kömək istəməsini səbirsizliklə gözlədiyi barədə fikirlər var idi, lakin erməni ordusu öz-özünə bacardı”. Lragir.am saytı yazır.


Haşiyə: Nəyi bacardı? Uduzmağımı? Gülməli səslənir. İkincisi, Ermənistan nə vaxtdan müstəqil siyasət yürüdən ölkə olub. O, tamamilə Rusiyanın bir bölgəsi hesab edilir və o bölgədə fəaliyyət göstərən bütün şirkət və müəssisələr rəsmi Moskvanın nəzarəti altındadır. Ücüncüsü də İran və Türkiyə ilə sərhədləri rus hərbçiləri tərəfindən qorunması müstəqillikdirmi?


“Müdafiə naziri David Tonoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Andjey Kasprişik ilə daim əlaqədədir”. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan yazır.


Haşiyə: Hətta bunlar ATƏT-dən də kömək umur…


Bu arada Türkiyə Xarici İşlər Nazirliyindən Azərbaycana dəstək bəyanatı gəlib: “Ermənistan silahlı qüvvələrinin Tovuz bölgəsinə hücumunu şiddətlə qınayırıq. Ermənistanın təcavüzə haqq qazandırmaq cəhdləri heç bir halda beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyəcəkdir. Türkiyə öz ərazi bütövlüyünü qorumaq uğrunda apardığı mübarizədə Azərbaycana dəstəyini davam etdirəcək”. Bu cümlələr də lragir.am saytında yazılıb.


Eyni zamanda, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Facebook sosial şəbəkəsində rəsmi İrəvanı qıcıqlandıran bir status yazıb: “Hazırda Sankt-Peterburq Forumu və Bakıda “Jara” lazımdır. Siz yəqin nə demək istədiyimi anladınız”. Lragir.am saytı sözçünün bu statusuna köklənərək yazıya belə başlıq da əlavə edib: “Mariya Zaxarovanın qəribə yazısı”.


Haşiyə: Azərbaycana dəstək hansı ölkədən gəlsə də əsas diqqət Müdafiə Nazirliyimizə yönəlib. Ermənilərə total cavab verməyin vaxtı deyəsən çatıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top