İdman

Çempionlar Liqasında oyunların tarixi açıqlandı

Çempionlar Liqasında oyunların tarixi açıqlandı

Çempionlar Liqasında 1/4 final, yarımfinal və final təqivimi müəyyənləşib.

Demokrat.az apasport.az-a istinadən xəbər verir ki, UEFA qarşılaşmaların keçiriləcəyi tarixi açıqlayıb.

Bir oyundan ibarət olacaq matçlar Portuqaliyanın paytaxtı Lissabonda yerləşən "Da Luz" və "Joze Aveado" stadionlarında baş tutacaq.

Final oyunu avqustun 23-də "Da Luz" arenasında olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final cütlərində cavab matçları avqustun 7-8-də keçiriləcək.

Çempionlar Liqası

1/4 final

12 avqust “Atalanta” (İtaliya) - PSJ (Fransa)

13 avqust “Leypsiq” (Almaniya) - “Atletiko” (İspaniya)

14 avqust “Napoli” (İtaliya)/“Barselona” (İspaniya) cütünün qalibi - “Çelsi” (İngiltərə)/“Bavariya”(Almaniya) cütünün qalibi

15 avqust “Real” (İspaniya)/“Mançester Siti” (İngiltərə) cütünün qalibi - “Lion” (Fransa)/“Yuventus” (İtaliya) cütünün qalibi

Yarımfinal

18 avqust “Leypsiq”/“Atletiko” cütünün qalibi - “Atalanta”/PSJ cütünün qalibi

19 avqust “Real”/“Mançester Siti” - “Lion”/“Yuventus” cütlərinin qalibi - “Napoli”/“Barselona” - “Çelsi”/“Bavariya” cütlərinin qalibi

Final

23 avqust

D
demokrat.az