Çimərliklərlə bağlı məsələyə aydınlıq gətirildi — RƏSMİ

SOSİAL 10 iyl 2020, 19:04

"Epidemioloji vəziyyətdən asılı olaraq sərt karantin rejimi tətbiq edilən rayon və şəhərlərin adları siyahıdan çıxarıla və ya qala bilər".


Demokrat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.


TƏBİB rəsmisi bildirib ki, siyahıya daxil edilməyən ərazilərdə vəziyyət nəzarət altındadır: “Çimərliklərdən istifadə məsələsinə gəlincə, bu gün Bakı ətrafında olan çimərliklərin əhalinin istifadəsinə veriləcəyi halda, ora insan axınının necə çox olacağını təxmin etmək elə də çətin deyil. Çimərliklərin ərazisində sosial məsafənin saxlanılması qaydalarına hansı formada əməl ediləcəyi sual altındadır. Ona görə də bu gün əsas istəyimiz insanların sıx toplaşmasının qarşısını almaqdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top