Bəhram Bağırzadənin ağciyərlərində əhəmiyyətli yaxşılaşma var

ŞOU-BİZNES 06 iyl 2020, 11:17

“Bəhram Bağırzadənin ağciyərlərinin vəziyyətində bu gün aparılan rentgen müayinəsi zamanı əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə olunub”.


Bu barədə “Qafqazinfo”ya məlumatı Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev verib. Bildirib ki, aktyorun ümumi vəziyyəti ağır olaraq qalır:


“Tənəffüsü süni ventilyasiya aparatı vasitəsiylədir. Huşu aydındır. Bu gün aparılan rentgen müayinəsi zamanı ağciyərlərin vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə olunub. Hazırda ilk planı ikincili bakterial infeksiya qoşulması ilə mübarizəyə çıxır. Bununla bağlı müvafiq təyinatlarda dəyişikliklər aparılıb”.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top