Pandemiyadan zərər çəkən sahələrin siyahısına yenidən baxılacaq — RƏSMİ

İQTİSADİYYAT 03 iyl 2020, 20:25

“Ölkədə pandemiya ilə bağlı zərər çəkən sahələrin müəyyənləşdirilməsi prosesi davam edir”.

 

Demokrat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

 

O bildirib ki, ilk növbədə zərər çəkmiş sahələrə dəstək göstərilib:

 

“Növbəti mərhələdə bu dəstək davam etdiriləcək. Zərər çəkən sahələrin siyahısına dəyişiklik nəzərdə tutulur. Bu istiqamətdə işlər gedir, pandemiya davam edir, zərər çəkən sahələr də müəyyənləşdirilir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top