Hikmət Hacıyev Rusiyadakı soydaşlarımızı zorakılıq xarakterli addımlardan çəkinməyə çağırdı

SİYASƏT 30 iyn 2020, 21:22

"Rusiyada olan vətəndaşlarımızın zorakılıq xarakteri daşıyan hər hansı addımlardan çəkinməsi vacibdir".

 

Demokrat.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dağıstanda azərbaycanlıların həbsinə münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, saxlanılan Azərbaycan vətəndaşları ilə əlaqədar Azərbaycanın aidiyyəti strukturları Rusiya ilə əlaqə saxlayır. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top